“Azərbaycanda 140-dan çox su anbarı var. Həmin anbarlarda təxminən 21,9 milyard kubmetr su var”.
Eləcə də bax: Azərbaycanın əsas su anbarlarında ötən il suyun həcmi 320 mln. kubmetr artıb
FED.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Eskpert saatı”nda deyib.
Onun sözlərinə görə, mövcud su anbarlarında kifayət qədər su ehtiyatı var: “Son dövrlər yağıntıların az olması anbarlarda suyun azalmasına səbəb olub. Görülən tədbirlər çərçivəsində ehtiyat suları stabilləşdirmək mümkün olub”.
Şöbə müdiri bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 10 su anbarının yenidən qurulması və ya yenisinin inşası nəzərdə tutulur: “Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq”. (Report)