M.B.Eynullayevin Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb:
Eləcə də bax: Yeni dövlət Holdinqinin – Müşahidə Şurası Açıqlandı - ADLAR
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilsin.
Xatırladaq ki, Mətin Eynullayev indiyədək Dövlət Əmlak Xidmətinin rəisi vəzifəsini tuturdu, o bu vəzifəyə bir qədər əvvəl təyin edilmişdi.