Vahid xəzinə hesabının sərbəst qalığı 01.01.2023-cü il tarixinə 860,4 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
01.01.2022-ci il tarixi ilə müqayisədə bu göstərici 408,4 milyon manat və ya 32,2% azdır.
Dövlət büdcəsinin 8 aylıq icrası barədə məlumatlara əsasən, dövlət büdcəsinin kəsirinin həcmi 218,4 mln. manat, kəsirin maliyyələşdirilmə mənbələri üzrə daxilolma isə 1103,5 mln. manat olmuşdur. 8 aylıq müvafiq icra göstəricilərinə əsasən, ilin əvvəli ilə müqayisədə sərbəst qalıq üzrə artım 884,9 mln. manat təşkil etməli olduğu halda, qalıqda artımın həcmi 306,1 mln. manat təşkil etmişdir. 578,8 mln. manat fərqin izahı ilə bağlı büdcə sənədləşməsində hər hansı məlumat verilməsə də, bu, qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq qalıq məbləğin azalması ilə əlaqələndirilə bilər.
2019-2022-ci illərdə vahid xəzinə hesabının sərbəst qalığının azalması müşahidə edilmişdir ki, bu da gələcək dövrlərdə bu mənbədən kəsirin maliyyələşdirməsi üzrə daha az vəsaitin istifadəsinə gətirib çıxaracağı qənaətinə gəlməyə imkan verir.
Cədvəl 35. 01 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı, mln. manatla
|
İl |
|
|
2020 |
|
|
2021 |
|
|
2022 |
|
|
2023 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
Vəsait |
2342,2 |
|
1526,1 |
|
1268,8 |
|
860,4 |
|
|
Cədvəl dövlət büdcəsinin icrasına dair hesabatlar əsasında Hesablama Palatası tərəfindən tərtib edilmişdir