Bu gün sentyabrın 14-də Xankəndin şəhərində silahlı insident baş verib.
İlham Əliyev Xocavənddə olub, Qırmızı Bazar, Hadrut və Sos sakinləri ilə görüşüb - FOTOLAR
FED.az xəbər verir kir, sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib.
Xatırladaq ki, həmin vaxt Xankəndində müxtəlif dövlət tədbirləri keçirilib, burada Azərbaycan prezidenti İlham Əliyev iştirk edib. Prezident Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Amma tədbir yerinə yaxınlaşmaq istəyən Karen Avanesyan polis əməkdaşları tərəfindən saxlanılıb və bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
Xatırladaq ki, həmin vaxt Xankəndində müxtəlif dövlət tədbirləri keçirilib, burada Azərbaycan prezidenti İlham Əliyev iştirk edib.
Prezident Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.