Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Qarabağa səfər edib.
FED.az xəbər verir ki, prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.
Xatırladaq ki, bu gün və bir neçə gün əvvəl bu qəsəbələrə ilk dəfə öz sakinləri köçürülüb.