Azərbaycan hökuməti ölkədə inflyasiyanın qarşısını almaq üçün tədbirlərə başlayıb və bu tədbirlər arasında istiqamətlərdən biri də süni qiymət artımı və danışılmış qiymətə qarşı mübarizə olacaq.
Xaricdən gətirilən bu mallara - GÖMRÜK GÜZƏŞTİ VERİLƏCƏK - SƏRƏNCAM
Bu baş nazir Əli Əsədovun imzaladığı «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncamda əksini tapıb.
Sərəncamda digər tədbirlərlə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tapşırılır ki,
- daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi,
- o cümlədən inhisarlaşma,
- bazarların bölüşdürülməsi,
- razılaşdırılmış qiymətlərin tətbiq edilməsi halları,
qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.