Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.
FED.az Modern.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğlu tutduğu vəzifədən azad edilib.
Eləcə də bax:Azərbaycanda nazirliyinin 3 idarəsi - LƏĞV EDİLİB
Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:
“Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.
Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Evlidir, 3 övladı var.