18 iyul 2019 10:46

Azərbaycanda nazirliyinin 3 idarəsi - LƏĞV EDİLİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi rayon idarələrinin ləğv olunduğunu elanedib.

FED.az xəbər verir ki, nazirlik bildirib ki, 11 iyul 2019-cu il tarixli 577/ü nömrəli əmrlə Zəngilan Rayon Ekologiya və Təbii Sərvətlər İdarəsi, Qubadlı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Şuşa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ləğv edilib.

«Yaranmış debitor və kreditor borclara dair müvafiq qaydada Ətraf Mühitin Mühafizəsi Departamentinə müraciət etməyinizi Sizdən xahiş edirik»-deyə nazirliyin açıqlamasında bildirilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz