"Ölkəmizin xalis maliyyə aktivlərinə və ya strateji valyuta ehtiyatlarına nəzər salsaq son 20 il ərzində burada artımın 40 dəfədən çox olduğunu deyə bilərik".
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, ölkəmiz xalis maliyyə aktivlərinin ÜDM-ə nisbət göstəricisinə (təxminən 70%) görə dünyada ön sıralardadır.