"Dövlət maliyyəsinin idarəedilməsi sahəsində islahatlar arasında fiskal qaydaların ölkəmizdə tətbiqi xüsusi qeyd edilməlidir".
FED.az verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, bu, makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivəni əks etdirir. Hədəfləri cənab Prezident tərəfindən müəyyən olunan bu fiskal institutun formalaşdırılmasının məqsədi xərclərin maliyyələşdirilməsində qeyri-neft sektorunun payının artırılması, eləcə də dövlət borcunun dayanıqlılığın təmin edilməsidir. Sevindirici haldır ki, hər 2 göstərici üzrə əvvəlki illərə nəzərən irəliləyiş müşahidə olunur