Xəbər verildiyi kimi, iyulun 15-də prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
Əvvəlki müşavirələrdən fərqli olaraq bu gün müşavirə iştirakçılarının sayı az olub.
Müşavirədə Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, prezidentin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, birinci vitse-prezidentin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov iştirak ediblər.
Əvvəlki müşavirədən fərqli olaraq burada Mərkəzi Bankın sədri və Maliyyə naziri iştirak etməyib.