Prezident İlham Əliyev sosial şəbəkə hesabında Azərbaycan-Ermənistan danışıqları ilə bağlı paylaşım edib.
FED.az xəbər verir ki, dövlət başçısı danışıqların gedişi ilə bağlı konkret açıqlama verməsə də, onun Azərbaycan üçün müsbət istiqamətdə getdiyinə, hətta artıq nəticə olduğuna işarə edib.
«Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır»
Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var.