Prezident məcburi köçkünlərin sosial problemlərinn həlli və məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərinə görə «Paşa Holdinq»i tərifləyib.
FED.az xəbər verir ki, dövlət başçısı bu barədə bu gün məcburi köçkünlər üçün inşa edilmiş «Qobu Park-3» yaşayış kompleksinin açılışında bildirib.
"Paşa Holdinq" əhali və qurumlara dəstək üçün milyonlarla manat xərcləyib - MÜSAHİBƏ
Dövlət başçısı bildirib ki, son vaxtlar belə layihələrdə özəl sektor, yəni biznes yaxından iştirak edir. Prezident bildirib: «Bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, bütün işlər özəl sektor tərəfindən görülüb. Bu da sevindirici haldır. Şadam ki mənim bir neçə il əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosal layihələrə qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim. Şadam ki, çağırışım cavabsız qalmadı və bütün tikinti işləri və investisiyalar özəl sektor tərəfindən təmin edilib».
İri holdinqdə yeni Baş Direktor Müavini, Telekom rəhbəri - TƏYİNATI
Dövlət başçısı bildirib ki, bu işlərdə «Paşa Holdinq» xüsusilə seçilir: «Xüsusilə də «Paşa Holdinq»in fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çox şaxəli fəaliyyətlə məşğuldur və bu şirkətin sosial layihələri təqdirəlayiqdir, bütün dövrlərdə. Heç bir reklam etmədən, özünü tərifləmədən işlərini ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində «Paşa Holdinq» və digər şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu layihə də göstərir ki biznesin sosial məsuliyyəti artır və şadam ki, bu işə digər şirkətlər də qoşuldular və bu yaxınlarda iki bina tikilir, başqa şirkətlər tərəfindən və ümid edirəm ki, başqa şirkətlər də bu təşəbbüsə qoşulacaqlar».
Azərbaycanın məşhur holdinqi - İCARƏ VƏ KİRAYƏNİ AZALTDI, KOMMUNALI LƏĞV ETDİ
Prezident başqa iri şirkətləri də bu layihələrə qoşulmağa çağırıb və işarə edib ki, bu ölkədə pul qazanırlarsa, sosial məsuliyyət tədbirlərində də aktiv olmalıdırlar: «Ölkəmizdə iri şirkətlər və holdinqlər var, onlar ölkədə işləyirlər, pul qazanırlar. Onlar ölkədəki sabitlikdən, biznesə dəstəkdən faydalanırlar və onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır».
Bakıdakı "Mall"larda icarə haqları endiriləcək - HOLDİNQDƏN AÇIQLAMA