Dünyada pandemiya elan olunan koronavirusun Naxçıvan Muxtar Respublikasına təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərə “Cahan Holdinq” Şirkətlər Qrupu da fəal qoşulub.
Eləcə də bax: “Mesa Group” Azərbaycanda tibb avadanlığının - QİYMƏTİNİ ENDİRİB
FED.az holdinqdən "azərtac"a verilən məlumata istinadən xəbər verir ki, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək 50 faiz azaldılıb. Həmçinin “Gənclər şəhərciyi” yaşayış kompleksində bütün sakinlərin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə qalan sakinlərin isə 1 aylıq ödənişi 150 manat azaldılıb. Yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, holdinq Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait köçürüb.
“Cahan Holdinq”in şüarı belədir: “Güc birlikdədir!”