Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.
Eləcə də bax: Hadı Rəcəblinin seçildiyi dairənin də nəticələri - LƏĞV EDİLDİ
FED.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:
- 91 saylı Ucar seçki dairəsi
- 81 saylı Beyləqan seçki dairəsi
- 72 saylı Yardımlı-Masallı seçki dairəsi
- 95 saylı Tərtər seçki dairəsi
- 42 saylı Sumqayıt ikinci seçki dairəsi
- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
- 15 saylı Yasamal birinci seçki dairəsi
- 28 saylı Sabunçu üçüncü seçki dairəsi
- 79 saylı İmişli seçki dairəsi
- 60 saylı Salyan-Neftçala seçki dairəsi