Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən Elşad Musayev və digər namizədlərin müraciətinə baxılıb.
Eləcə də bax: Daha 3 məntəqənin nəticələri - ETİBARSIZ SAYILDI
FED.az "Report"a istinadən xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: “Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, sayın komissiya üzvləri tərəfindən süni şəkildə artırıldığı, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar öz təsdiqini tapmayıb. Ona görə də DSK-nın qərarının qüvvədə saxlanılmasını təklif edirəm”.
Q.Orucov bildirib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər öz təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır. Məhz bu səbəbdən həmin seçki məntəqələrinin nəticələri etibarsız hesab edilib.