Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Fikrət Cəfərli və digərlərinin müraciətinə baxılıb.
Eləcə də bax: MSK daha iki məntəqənin nəticəsini - ETİBARSIZ SAYDI
FED.az “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, müraciət edən şəxslər seçkinin nəticələrinin etibarsız sayılmasını tələb ediblər: “Araşdırma üç istiqamətdə davam etdirilib. Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində seçkilərin iradəsini müəyyən etməyən hallar baş verib. Bu da həmin məntəqələr üzrə nəticələrin etibarsız sayılmasına şərait yaradır”.
İclasda həmin dairənin üç seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.