İyunun 21-də gün ərzində Milli Məclisin (MM) deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.
Eləcə də bax: Daha bir neçə deputatda - KORONAVİRUS AŞKARLANDI
FED.az xəbər verir ki, MM Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.
Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək. (Report)