Məmurlar məhkəmə-hüquq islahatlarını sabotaj edir.
FED.az xəbər verir ki, bu barədə turan agentliyinə hüquq sahəsində ekspert Əkrəm Həsənov prezident İlham Əliyevin 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının icrasını şərh edərkən bildirib.
Eləcə də bax: Valyuta əməliyyatları üzrə mübahisə - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ ÇIXDI
Fərmanda nəzərdə tutulan tədbirlər məmurların maneçilikləri ilə əlaqədar gecikir. Ötən dövr ərzində yeganə addım hakimlərin və məhkəmə sistemi işçilərinin maaşlarının artırılması olub.
O, hakimlərin əmək haqlarının daha da artırılmasını, eyni zamanda korrupsiya və rüşvətxorluğa görə onların məsuliyyətinin gücləndirilməsini zəruri hesab edir.
Həsənov qeyd edib ki, prezidentin fərmanına zidd olaraq, məhkəmə orqanlarının bütün qərarları dərc edilmir. Məhkəmə portalında axtarış sistemi yaradılmayıb.
Eləcə də bax: Özəl məhkəmə eksperti olmaq qaydası – AÇIQLANDI
Fərman məhkəmə iclaslarında audioyazıların aparılmasını nəzərdə tuturdu. Amma indiyədək qanuna müvafiq düzəlişlər edilməyib ki, bu da qərəzli edilir.
“Məhkəmə iclaslarında audioyazıların aparılması prokurorluğun hegemonluğunun sonu demək olacaq”, deyə ekspert bildirib.
O, həmçinin hesab edir ki, əsaslı kadr dəyişiklikləri olmadan məhkəmə sistemində islahatlar həyata keçirmək mümkün olmayacaq. Ən azından, Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin və bəzi birinci instansiya məhkəmələrinin hakimləri dəyişdirilməlidir.
Son vaxtlar başlamış kadr dəyişiklikləri hələlik məhkəmə-hüquq sisteminə toxunmayıb, deyə Ağayev bildirib.
“Ana Vətən” partiyasının sədri, deputat Fəzail Ağamalı öz növbəsində qeyd edib ki, prezidentin fərmanından sonra qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə addımlar atılıb. Belə ki, bu günlərdə parlament birinci oxunuşda 12 qanunvericilik aktına düzəlişlər layihələrinə baxıb və bu sənədlər paketi məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsində ciddi rol oynayacaq. Xüsusən, ixtisaslaşmış məhkəmələrin yaradılması, müstəqil məhkəmə ekspertizasının təsis edilməsi nəzərdə tutulur. Bu, məhkəmələrin müstəqilliyini artıracaq.
Deputat hesab edir ki, ədalətli məhkəmə sisteminin hökmranlığı sahibkarlığın inkişafına, xarici investisiyaların cəlb edilməsinə şərait yaradardı.
Həmçinin, Ağamalının fikrincə, hakim korpusu gəncləşdirilməlidir. O qeyd edib ki, çox vaxt məhkəmə sədrləri ədalətli mühakimənin həyata keçirilməsinə mane olurlar.
Deputat hesab edir ki, islahatlar prosesi qarşısıalınmazdır, çünki heç kim prezidentin iradəsinə qarşı çıxa bilməz və bu, cəmiyyətin sosial sifarişidir.