Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev Gürcüstana səfərə gedib.
FED.az-ın məlumatına görə, səfər zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə iki ölkə arasında müxtəlif sahələr, o cümlədən nəqliyyat və energetikadə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ermənistan-Azərbaycan arasında yeni vasitəçi – İLHAM ƏLİYEV RAZIDIR
Ölkə rəhbərlərinin mətbuata açıqlamaları, digər məsələlərlə yanaşı, İlham Əliyevin gürcü baş naziri Qaribaşvili haqqında xoş sözləri ilə yadda qalıb.
Dövlət başçısı Gürcüstanda görülən müsbət işləri qeyd edib və hökumətin, o cümlədən baş nazirin rəhbərliyi ilə ölkənin uğurla inkişaf etdiyini bildirib. Əliyev gürcü baş nazirini Azərbaycana dəvət edib.
«Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.
Əldə edilmiş nailiyyətlər münasibətilə Sizi, cənab Baş nazir, bizim bütün gürcü qardaşlarımızı təbrik edirik. Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirərək, cənab Baş nazir, Sizi Azərbaycana dəvət edirəm. Təşəkkür edirəm» - deyə dövlət başçısı bildirib.