Azərbaycan prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
İlham Əliyev Davosda yarım trilyon sərvəti idarə edən şirkətlə görüşüb - FOTOLAR
Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə “DP World” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edildi.
Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olundu. Bu xüsusda “DP World” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulandı.



![İlham Əliyev “DP World” şirkətinin sədri və icraçı direktoru ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4273003.jpg)
![İlham Əliyev “DP World” şirkətinin sədri və icraçı direktoru ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4687391.jpg)
![İlham Əliyev “DP World” şirkətinin sədri və icraçı direktoru ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2211024.jpg)






