Azərbaycan prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
İlham Əliyev Davosda yarım trilyon sərvəti idarə edən şirkətlə görüşüb - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.
Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, «Vestas Wind Systems» A/S şirkəti 1945-ci ildə təsis edilmiş Danimarka külək turbinləri istehsalçısı, satıcısı, quraşdırıcısı və xidmət göstərən şirkətidir.
Şirkətin tarixi 1898-ci ilə gedib çıxır. Həmin vaxt şirkət Danimarkada Qərbi Yutlandiyanın Lem şəhərində dəmirçi sexi kimi fəaliyyət göstərib. İkinci Dünya Müharibəsindən sonra «Vestas» əvvəlcə məişət texnikası istehsal edib, 1950-ci ildə kənd təsərrüfatı avadanlıqlarına, 1956-cı ildə interkulerlərə və 1968-ci ildə hidravlik kranlara diqqət yetirib. 1979-cu ildə isə şirkət külək turbinləri sənayesinə daxil olub və 1989-cu ildən etibarən yalnız külək turbinləri istehsal edir.
«Vestas Wind Systems» şirkəti Danimarka, Almaniya, Hollandiya, Tayvan, Hindistan, İtaliya, Rumıniya, Birləşmiş Krallıq, İspaniya, İsveç, Norveç, Avstraliya, Çin, Braziliya, Polşa və ABŞ-da istehsal zavodlarını idarə edir və qlobal miqyasda 29 000 nəfəri işlə təmin edir.
2013-cü il etibarilə dünyanın ən böyük külək turbin şirkətidir. 2019-cu il tarixinə olan məlumata görə, Vestas beş qitədə 80-dən çox ölkədə 100 QVt gücündə 66.000-dən çox külək turbinləri quraşdırıb.



![Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2393701.jpg)
![Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2918767.jpg)
![Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/360148.jpg)
![Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1004786.jpg)
![Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3613979.jpg)
![Prezident Davosda dünyanın ən böyük külək enerjisi şirkəti ilə görüşüb - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4912230.jpg)






