Dövlət

İspaniya hökuməti rekord məbləğdə pul toplayacaq

İspaniya hökuməti rekord məbləğdə pul toplayacaq | FED.az
08:41 15 Yan 2019

Pedro Sançes hökuməti 2019-cu ildə xəzinədə vəsait toplanması üzrə bütün tarixi rekordları vergilər vasitəsilə qırmaq, 227 milyard 365 milyon avro məbləğə nail olmaq niyyətindədir.

FED.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Nazirlər Kabineti tərəfindən bəyənilmiş Baş büdcə layihəsində deyilib.

2019-cu il ərzində toplanacaq vəsaitin ümumi məbləği 2018-ci ildəkindən 9,5 faiz çox olmalıdır. Maliyyə Nazirliyi ümid edir ki, gözlənilən nəticə vergi qoyulan bazaların və iqtisadi fəallığın artması sayəsində əldə olunacaq. Bu da ölkə iqtisadiyyatı üçün lokomotiv rolu oynayacaq. Eyni zamanda artım proqnozlarına azalma tərəfə düzəlişlər edilib: 2019-cu ildə son on ildə ən aşağı ÜDM artımı qeydə alınmalıdır.

Eləcə də bax: Ərdoğan Türkiyəni təhdid edən Trampla danışdı

Hökumət xəzinənin bütün gəlirlərinin 57,3 faizini sosial ehtiyaclara yönəltməyi planlaşdırır. Bu, İspaniyanın bütün tarixi ərzində ən yüksək göstəricidir. Kataloniyanın maliyyələşdirilməsini onun ÜDM-yə töhfəsinə müvafiq şəkildə - 19,2 faizə qədər artırmaq barədə qərar qəbul edilib. Baş nazir P.Sançesin fikrincə, bu addım regionun Kataloniya separatçılarını öz tərəfinə çəkməsinə, onların sosialistlər tərəfindən işlənib hazırlanmış büdcəyə səs verməsinə kömək etməlidir. Səsvermə fevralın 11-12-də keçiriləcək.

Digər xəbərlər