«Biz Qafqazda yeni eranı - sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq».
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda beynəlxalq konfransda bildirib.
«Nəhayət, biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti bizim təklif etdiyimiz 5 təməl prinsipini qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərin delimitasiyasına başlamaq üçn Azərbaycanla birgə işçi qrupun yaradılması üzərində işlərə də nəhayət razılığını verib»-deyə dövlət başçısı bildirib.
Prezidentin sözlərinə görə, Ermənistan tərəfi sülhün vacibliyini anlamağa başlayıb: «Hazırda, yəni 2-ci Qarabağ müharibəsindən il yarım keçdikdən sonra Ermənistan rəhbərliyi, və ümid edirəm, xalqı da sülhün zəruriliyini anlayır: Əgər sülh müqaviləsi bağlanarsə və təməl prinsiplərinə əməl olunarsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq».