Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda “Azərsun Sənaye Parkı”ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.
Eləcə də bax: “Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi ilə bağlı - İLK RƏQƏM AÇIQLANDI
FED.az xəbər verir ki, birinci xanımın instaqramdakı paylaşımında deyilir:
“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”. (Qafqazinfo)