İndiyədək Azərbaycan koronavirus və onun nəticələrinin aradan qaldırılmasına 2 milyard avrodan çox vəsait ayırıb.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfransda bildirib.
İlham Əliyev xarici bankın rəhbərləri ilə videokonfrans keçirib - TAM MƏTN
«İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq».
Prezident deyib ki, bu dövrdə qeyri-formal məşğulluqla mübarizə güclənib və ciddi tədbirlər görülür: «Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir».
İlham Əliyev bank rəhbərinə: «Maliyyə dəstəyinizə görə çox minnətdarıq»
Prezident xatırladıb ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır, Azərbaycanın 5 aylıq göstəriciləri yaxın günlərdə açıqlanacaq: «Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik».
Dövlət başçısı etiraf edib ki, neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinlik yaradır: «Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq».