“İki təşkilatda çalışan insan üçün həmin iki yerdən də icaze.e-gov.az portalından icazə alınmalıdır”.
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Eləcə də bax: “icaze.e-gov.az-dan icazə yalnız işə gedib-gəlmək üçündür”
Ü. Mehdiyev deyib ki, həmin şəxs bir iş yerində gündüz çalışsa da, digər iş yerində gecə növbəsində ola bilər: “Polisin bunu araşdıran zaman problemlə qarşılanmaması üçün iki yerdən də icazə alınmalıdır”. (Apa)