“Sabahdan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iki həftəlik xüsusi karantin rejimi tətbiq olunacaq”.
Eləcə də bax: Daha bir nazirlik gücləndirilmiş iş rejimində - ÇALIŞACAQ
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü. Mehdiyev deyib ki, icaze.e-gov.az portalı fəaliyyətinə icazə verilmiş qurumlar və əməkdaşlar üçündür: “Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcək. Bu, yalnız işə gəlmək və getmək üçündür”.
Dövlət Agentliyinin sədri qeyd edib ki, vətəndaşlar yaşayış yerini yalnız zəruri ehtiyaclar üçün SMS xidmətinə müvafiq kodları yazaraq tərk edə bilərlər: “Nazirlər Kabinetinin qərarında iki zidd məsələ uzlaşdırılıb. Yəni vətəndaşların yaşayış yerini maksimum tərk etməməsindən və zəruri ehtiyaclar üçün çıxmasından söhbət gedir. Zəruri ehtiyaclar üçün insanlar SMS-lə 2 saat müddətində yaşayış yerini tərk edə biləcəklər. Tibb müəssisəsinə getməklə bağlı icazə 2 saat müddətinə veriləcək, müalicə 2 saatı keçəcəksə, tibb müəssisəsindən arayışı əsasında evə qayıda biləcəklər.
Əgər vətəndaş ASAN-da, yaxud bankda xidmət üçün 2 kodu ilə çıxıbsa və 2 saata geri qayıda bilmirsə, həmin qurumların arayışı ilə də geri qayıda bilərlər”. (Apa)