Azərbaycanda icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsi təklif olunur.
Eləcə də bax: Tam təsərrüfat hesablı dövlət müəssisələrinin rəhbərlərinin - NƏZƏRİNƏ!
FED.az xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında” qanuna yeni məzmunda dördüncü hissə əlavə edilir.
Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
“Report”