Dövlət qurumlarının tabeliyində olan tam təsərrüfat hesablı müəssisələrin əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərinin əmək haqqının müəyyən hissəsinin Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) vergi ödəyicisinin şəxsi elektron kabinetində yerləşdirilmiş müraciət formasını dolduraraq İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinə göndərmək lazımdır.
Eləcə də bax: Milli Məclis 7 məsələyə görə - İCLAS ÇAĞIRDI
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qismən təsərrüfat hesablı müəssisələrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmadığından onlardan müraciət etməmələri xahiş olunur.
"report"