Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə parlamentdən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının martın 16-da keçirilməsi nəzərdə tutulur.
İclasda hökumətin hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir. (Report)