Azərbaycan hökuməti 2020-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından $150 milyon məbləğində kreditin cəlb olunmasını nəzərdə tutan 2 kredit sazişi imzalayıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın aqrar sektoruna bu il - 4,4 mln. Dollar Yatıracaq
FED.az xəbər verir ki, bu barədə hökumətin 2020-ci ilə dair hesabatında deyilir.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ümumilikdə $430 milyon məbləğində 3 kredit sazişi imzalamışdı.
"2020-ci ildə mütərəqqi ədliyyə və müasir məhkəmə infrastrukturu layihəsinin əlavə maliyyələşdirilməsi və məşğulluğa dəstək layihələrinə maliyyə vəsaitinin ayrılması üçün Dünya Bankı ilə $150 milyon məbləğində 2 kredit sazişi imzalanıb", - deyə hesabatda qeyd edilir.
Ötən il Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsi üçün $36,8 milyon məbləğində qrant və texniki yardım alıb. 2019-cu ilin yekunları üzrə bu məbləğ $37,2 milyon təşkil edib.
1 yanvar 2021-ci il tarixinə Azərbaycan $13 milyard 31,4 milyon məbləğində kredit sazişləri (hökumət tərəfindən cəlb edilmiş və dövlət büdcəsindən xidmət göstərilən) imzalayıb. Cari ilin əvvəlinə bu vəsaitin $11 milyard 832,8 milyonu (2020-ci ildə $470,7 milyonu) istifadə edilib. (İnterfaks)