"Mən ABŞ-ın iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıram".
FED.az xəbər verir ki, bunu Baş nazirin I müavini Yaqub Eyyubov Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sabitlik qarşıdakı illərdə də saxlanılacaq.
"Doing Business" və digər beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi getdikcə yaxşılaşır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu qarşıdakı illərdə Azərbaycanda iqtisadı artım proqnozlaşdırır", - hökumət rəsmisi qeyd edib.
Tərbirdə çıxış edən Mərkəzi Bankən rəhbəri Elman Rüstəmov hazırda makroiqtisadi sabitliyin olduğunu, inflyasiyanın yüksək olmadığını bildirib.
"Bu ilin yanvar-iyul aylarının yekununda Azəbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. İlin sonuna qədər bu rəqəmin proqnozlaşdırılan həddən (6-8%) aşağı olacağı gözlənilir".
Onun sözlərinə görə, 2018-ci ilin sonuna qədər ölkənin strateji valyuta ehtiyatları artacaq, tədiyyə balansındakı profisit qalacaq.
E.Rüstəmov Azərbaycanın Qlobal Rəqabətlilik indeksində 34 pillə irəlilədiyini də vurğulayıb.
Komitənin xidməti avtomobilləri artırılıb - QƏRAR