Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.
Fed.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan xidməti minik avtomobillərinin sayı 3 ədəddən 4 ədədə çatdırılıb.