Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.
Eləcə də bax: 50 nəfər gömrük əməkdaşı könüllü olaraq - Ordu Sıralarına Qatıldı
FED.az xəbər verir ki, DGK əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manatı Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!