Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.
Eləcə də bax: Dövlət şirkətinin 111 əməkdaşı - CƏBHƏYƏ YOLA DÜŞDÜ
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.
Qələbə sənindir, Azərbaycan Əsgəri!
Qarabağ Azərbaycandır!