Xəbər verildiyi kimi, Fitch Ratings reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib.
Fitch Ratings Azərbaycanda devalvasiya riski ilə bağlı - PROQNOZUNU AÇIQLAYIB
FED.az xəbər verir ki, reytinqlə bağlı açıqlamasında agentlik Azərbaycanda yeni yaranan İnvestisiya Holdinqi və dövlət şirkətlərinin idarəetməsində gözlənilən dəyişikliklərə də toxunub. Fitch Ratings açıqlayıb ki, Holdinqin yaradılmasına baxmayaraq yaxın vaxtlarda dövlət şirkətlərinin idarəedilməsində sürətli yaxşılaşma gözləmir.
Agentliyin proqnozlarına görə, 2021-i ildə Azərbaycanda dövlət idarəetməsi üzrə borcların həcmi 3 faiz aşağı düşərək ÜDM-nin 18,3%-ə bərabər olacaq. 2022-2023-cü illərdə isə bu göstərixi 17%-ədək azalacaq. Bu Azərbaycan kimi BB reytinqi almış ölkələr arasında ən yaxşı göstəricidir – hazırda həmin ölkələr üzrə bu göstəricisinin orta qiyməti – ÜDM-nin 57,7%-ni təşkil edir.
2021-ci ilin 3-cü rübünün sonuna Azərbaycanda dövlət kreditləri və qarantiyaları da azalıb. Hazırda bu göstərici ÜDM-nin 29,1%-ni təşkil edir. Halbıki 2020-ci ilin sonunda ÜDM-nin 33,2%-i idi.
Bu kreditlərin və qarantiyaların 4-də 3-nü qaz sektorundakı investisiya layihələrinin və 2017-ci ildə Beynəlxalq Bankın reystrukturizasiyasının payına düşür.
Fitch Azərbaycanda bir il əvvəl yaradılan və özündə iri dövlət şirkətlərini birləşdirən İnvestisiya Holdinqinin fəaliyyətinə də münasibət açıqlayıb. Agentlik bildirir ki, İnvestisiya Holdinqinin yaradılmasından sonra dövlət müəssisələrinin zəif korporativ idarə edilməsində yalnız tədricən inkişaf gözləyir.