“Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".
Eləcə də bax: Milli Məclis Maliyyə Nazirliyindən - 800 Min Manat İstəyir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".