Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası “Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Eləcə də bax: Parlamentdə 2022-ci ilin dövlət büdcəsi - QƏBUL EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlamentin İşlər müdiri Firudin Hacıyev məlumat verib. O bildirib ki, Azərbaycan parlamentinin xarici ölkələrdən gələn qonaqlarının və deputatların xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli dərəcədə artıb: “Elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması tələb olunur. Bundan başqa, 2006-cı ildə ayrılmış avtomobillərin uzun müddətli istifadədən yararsız hallara düşməsi səbəbindən Milli Məclisin avtoparkına yenidən avtomobil alınması nəzərdə tutulur”.
F. Hacıyev çıxışında Milli Məclisin avtoparkının, maddi texniki bazasının yaxşılaşdırılması üçün 500 min manat, televiziya mərkəzində quraşdırılmış texniki vasitələr üçün 26 500 manat, elektron sənəd dövriyyəsi və kadr uçotu üçün, səsvermə avadanlıqları üçün proqram təminatına 300 min manat vəsaitin Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmasına köməklik edilməsini xahiş edib.