Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində mülki vətəndaşlara və inzibati obyektlərə dəymiş ziyanın ilkin sayı məlum olub.
Eləcə də bax: Ermənilər Tərtəri yenə - Atəşə Tutur
FED.az xəbər verir ki, məlumata görə, rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib.
Bundan başqa, ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb.
Qeyd edək ki, dünən - oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Hazırda döyüşlər davam edir. (Report)