Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.
Eləcə də bax: Ermənistan Tərtər və Bərdə rayonlarının kəndlərini intensiv artilleriya atəşinə tutur
FED.az xəbər verir ki, oktaybrın 3-ü saat 8:00-dan etibarən düşmən dinc əhalini növbəti dəfə hədəf alır.
Ermənilərin növbəti dəfə atdığı top mərmiləri şəhərin mərkəzi küçələrinə düşür. Nəticədə mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib.
Azərbaycan Ordusu düşmənə lazımi cavab verir, döyüşlər davam edir.
Qeyd edək ki, dünən - oktyabırın 2-i gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. (Report)