“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.
Eləcə də bax: "Ermənistan münaqişənin coğrafi əhatəsini genişləndirmək istəyir"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Ermənistan bu cür təxribatlara getmək əvəzinə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”, - o əlavə edib.
Qeyd edək ki, bunu Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropada yaşayan ermənilərin keçirdiyi aksiyalar barədə tvitinə cavab olaraq bildirib.