Azərbaycan hökuməti büdcənin büdcəsinin icrası və ölkənin ehtiyaclarının təmin edilməsi üçün əlavə gəlir mənbələri tapmalıdır.
Dövlət büdcəsinə yenidən baxılacaq – PALATA TƏKLİFLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı hökumətə təpşırıq verib.
Neftin ucuclaşması və pandemiya səbəbindən dövlət büdcəsinin gəlirlərinin azaldığın bildirən prezident bildirib ki, hələ ölkədə rezervlər (əlavə gəlir mənbələri - FED.az) var.
Dövlət başçısı xatırladıb ki, büdcəyə yenidən baxılacaq: «Hələ rezervlərimiz var, investisiya xərclərinə və cari xərclərə yenidən baxılmalıdır».
Xatırladaq ki, dövlət büdcəsində investisiya xərclərinin azaldılacağını prezident bir qədər əvvəl də bildirib. İndi isə prezident cari xərclərə də yenidən baxılacağını bildirib. Onun sözlərinə görə, bəzi hallarda dövlət təşkilatlarının xərcləri şişirdilir: «Bəzi hallarda xəcrlər şişirdilir. Dövlət təşkilatlarının və şirkətlənin cari xərcləri şişirdilib. Və bu sahəyə ciddi diqqət göstərilməlidir. Şəffaflığın təmin edilməsi istiqamətində ciddi addımlar atılmalıdır
Bunun hesabına iqtisidi maliyyə vəziyyətimizi sabit saxlayaraq».
Prezident hökumətə tapşırıb ki, əlavə gəlir mənbələri tapsın: «Belə mənbələr var, son müddət ərzində belə rezervlər üzə çıxıb və büdcə daxil olmaları artıb. Ötən il proqnozdan 1 milyard manatdan çox, bu il isə 300 milyon manatdan çox vəsait toplanıb».
Prezident bu barədə təkliflər hazırlanmasını tapşırıb: «Diqqətlə baxılıb təkliflər hazırlamalıdırlar. Biz bilmirik bu vəziyyət nə qədər çəkəcək və elə etməliyi ki, makroiqtisadi sabitlik təmin edilsin».