Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Eləcə də bax: Parlament "Dövlət rusumu haqqında" qanuna dəyişiklikləri - Qəbul Etdi
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən dünən təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda əksini tapıb.
Qanunda yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna hesab olunub.