2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinə 6 milyard 737,6 milyon manat vəsait daxil olub, büdcədən isə 5 milyard 366 milyon manat vəsait xərclənib.
Azərbaycanda 12 yük maşını buraxılıb - 2-Sİ ANBARDA QALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəticədə büdcənin icrasında 1 milyard 371,6 milyon manatlıq profisit yaranıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 182,6 milyon manat və ya 2,8% artıb. Büdcənin xərcləri isə 113 milyon manat və ya 2,2% yüksəlib.
Büdcə profisitində də artım qeydə alınıb. 2024-cü ilin ilk iki ayında profisit 1 milyard 302 milyon manat olub. 2025-ci ildə bu göstərici 69,6 milyon manat və ya 5,3% artıydır.