2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 12 ədəd yük avtomobili istehsal edilib.
Xaricdən gətirilən yük avtomobili 12 min manat ucuzlaşdı - YENİ QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9% və ya 12 dəfə azdır.
Belə ki, 2024-cü ilin ilk 2 ayında ölkədə 149 yük maşını buraxılmışdı. Yaxşı məqam odur ki, indiyədək buraxılan avtomobillərin əksəriyyəti satılıb, martın əvvəlinə anbarda cəmi 2 avtomobil qalıb.
İlin əvvəlində minik avtomobillərinin buraxılışı da aşağı düşüb. Belə ki, yanvar-fevral aylarında ölkədə 467 ədəd minik avtomobili buraxılıb, bu ötən ilin eyni dövrünə nisbətən 107 ədəd və ya 20% azdır.
Buraxılmış minik avtomobillərinin təqribən 35%-i və ya 172-si anbarlardadır.