Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 250 116,14 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur.
FED.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayları ilə müqayisədə 20,7% artaraq 798 521,47 min manat olub.
Eləcə də bax: Azərbaycanda gömrük yığımları - 600 MLN MANAT ARTIB
Həmçinin, yanvar-sentyabrda ƏDV üzrə daxilolmalar 24,6% artaraq 2 217 206,45 min manat, aksizlər üzrə 53% artaraq 201 491,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 20% artaraq 32 896,84 min manat təşkil edib.