Bu ilin ilk 8 ayında Dövlət Gömrük Komitəsi tərəfindən 2 milyard 873,4 milyon manat gömrük vergi və rüsumları toplanıb.
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 602,4 milyon manat və ya 26,5% artıqdır.
İlk 8 ayda toplanan vəsaitin 693,6 milyon manatı və ya 24,1%-i gömrük rüsumları, 1 milyard 965,6 milyon manat və ya 68,4%-i ƏDV, 184,7 milyon və ya 6,4% aksizlər, 29,4 milyon manat və ya 1,1%-i yol vergiləridir.
Ötən illə müqayisədə toplanan gömrük rüsumlarının həcmi 18,8%, ƏDV 26,9%, aksizlər 62,7%, yol vergisi 21% artıb.