Daha bir icra başçısı vəzifədən gedir.
FED.az xəbər verir ki, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.
Eləcə də bax: İcra başçısı məzuniyyətə çıxır: “El ağsaqalları öz - XEYİR-DUASINI VERDİ”
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatda A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.
Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.
Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.
Modern