Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Modern.az-a icra başçısı özü məlumat verib.
Eləcə də bax: YAP deputatlığa namizədlərinin siyahısını açıqlayıb - SİYAHI
A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
“Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş şəxslər bu işdə aktiv fəaliyyət göstərdilər. Bizim yaşadığımız ərazidə də oldular. El ağsaqalları öz xeyir-duasını da verdi. Hamımız üçün uğurlu olsun inşallah”.
İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq:
“Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”.